2 İyun 2020 10:05
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Üzeyir Aslanovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Teleqraf.com-un xəbərinə görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Telman Hüseynovun icraatında baxılacaq.

Məhkəmənin hazırlıq iclası iyunun 10-na təyin olunub.

Üzeyir Aslanovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isrifa etmə) maddəsi ilə ittiham elan edilib.

Üzeyir Aslanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Qeyd edək ki, cinayət işi üzrə “Lifttəmir” İstehsalat Birliyi zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər