Bakıda qanunsuz olaraq külli miqdarda dərman vasitələrinin döviyyəsində təqsirli bilinən Xəyyam Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, onun barəsində cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Fərid Əmirəliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 18-nə təyin olunub.
İstintaq orqanı tərəfindən Xəyyam Hüseynovun barəsində Cinayət Məcəlləsinin 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib.