17 İyun 2020 09:22
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.

İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin həmin gölə nəzarət edən 1990-cu il təvəllüdlü Rəşad Abdullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib

R.Abdullayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər