20 İyun 2020 10:00
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə quldurluq edən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və kül alətlə qadına xəsarət yetirib qaçması barədə şəhər polis şöbəsinə məlumat daxil olub.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Amil Mehdiyev saxlanılıb.

Araşdırma zamanı A.Mehdiyevin Goranboy rayon sakini Orxan Mehdiyevlə qabaqcadan əlbir olaraq, ev sahibinə məxsus pulu ələ keçirmək məqsədilə həmin cinayət əməlini törətdikləri müəyyən edilib.

O.Mehdiyev də şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər