28 İyun 2020 16:24
3 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində üç nəfəri şantaj etməkdə təqsirli bilinən Eyvaz Əmənovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Eyvaz Əmənovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Eyvaz Əmənov ötən il və bu il ərzində Şirvan şəhərində 5 nəfəri şantaj edib.

Belə ki, o, həmin şəxslərin barəsində rüsvayedici məlumatları yayacağı adı ilə hədələyib.

Bu hədəsi ilə Şirvan şəhər sakinləri - F.H-dan 680 manat, A.Ş-dan 650 manat, V.Ə-dən 200 manat, A.A-dan 390 manat və Bakı şəhər sakini E.Ə-dən 200 manat pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eyvaz Əmənov tutulub.

İstintaq orqanı tərəfindən Eyvaz Əmənovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə ) maddəsi ilə ittiham elan edilib.

İstintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər