22 İyul 2020 16:56
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı ondan 21 qramdan artıq heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Xızı rayon sakini R.Qədirova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 108 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana, habelə evinə baxış zamanı heroin aşkar edilib.


Müəllif: Hacı Zeynalov