25 İyul 2020 12:41
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakininin avtomobilində narkotik vasitə aşkarlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-ü saat 23 radələrində Bakı şəhər sakini T.Əliyevin idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı sərnişin oradan qaçıb.

Şəxsi axtarış zamanı T.Əliyevdən metamfetamin və heroin, avtomobilə baxış zamanı isə əlavə 64 qramdan artıq metamfetamin və 28 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com