Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Xocasən qəsəbəsində yaşayan X.Əzimovun evindən 699 manat oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini Səbuhi İsayev saxlanılıb.
Məlum olub ki, Səbuhi İsayev hadisə baş verən günü zərərçəkmişin evinə qonaq gəlib. Qonaq ev sahibinə məxsus pulu götürərək aradan çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.