30 İyul 2020 11:38
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azər Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 11-ə təyin edilib.

İttihama görə, hadisə bu il martın 31-də Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində baş verib.

Azər Həsənovun idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırması nəticəsində sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif Alışanov hadisə yerində ölüb.

Azər Həsənovun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər