5 Avqust 2020 10:40
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda arvadını öldürməkdə ittiham olunan 1991-ci il təvəllüdlüMübariz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il aprelin 19-da Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsiylə bağlı məlumat verib və könüllü təslim olub.

Araşdırmalarla Mübariz Məmmədovun həmin gün saat 09 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Məlum olub ki, hadisədən bir neçə gün əvvəl Mübariz Məmmədov arvadı Nailə Məmmədovanın telefonuna gələn SMS-ə görə evdə dava salıb.

Bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib.

İstintaq orqanı tərəfindən Mübariz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər