5 Avqust 2020 11:53
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda odlu silah qətl hadisəsi törətməkdə təqsirli bilinən 1956-cı il təvəllüdlü Cəbrayıl İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Ağsdam rayonun Aşağı Yüzbaşılı kəndində 1988-ci il təvəllüdlü Orxan Məmmədov güllələnib.

Məlum olub ki, Orxan Məmmədov ölən atasına borclu olan Yüzbaşılı kənd sakini Cəbrayıl İsmayılovdan pulu ödəməsini istəyib.
Bu zaman onların arasında mübahisə yaranıb.

Nəticədə Cəbrayıl İsmayılov odlu silahdan atəş açaraq, Orxan Məmmədovu yaralayıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas edib.

İstintaq orqanı tərəfindən Cəbrayıl İsmayılovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər