Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsininnin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamalanmaqla ittiham aktı 16 iyun 2020-ci il tarixdə Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərilib.
Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya protesti verilib.
Qeyd edək ki, 6o yaşlı Şəfahət Məmmədov orta məktəbdə müəllim işləyib. Zərərçəkən isə həmin məktəbdə şagird olub.
Zərərçəkmiş 15 yaşında olub.