14 Avqust 2020 11:45
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reydlər keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən reydlər zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Günün gündüz və gecə saatlarında keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 9 velosipedçi barəsində cərimə protokolu tərtib olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər