23 Avqust 2020 16:40
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadına və qayını öldürməyə cəhd etməkdə ittiham olunan Elmar Qırxlarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 26-na təyin olunub.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayon, Eldar Babayev küçəsi, ev 30 ünvanında baş verib.

Ötən il dekabrın 7-də Bakı şəhər sakini Elmar Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı Ayşən Qırxlarovanın yaşadığı evə gəlib.

O, Ayşən Qırxlarovaya və qardaşı İlkin Mənsimliyə bıçaqla xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar Qırxlarov saxlanılıb.

Məlum olub ki, Elmar Qırxlarov Ayşən Qırxlarovanın keçmiş əridir. Sonuncuonu tərk edərək, qardaşı ilə yaşayıb.

Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İlkin Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib. Onun hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

İstintaq orqanı tərəfindən Elmar Qırxlarovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər