Fransanın Lion şəhərində naməlum şəxslər inkassator maşınından milyonlarla avro məbləğ oğurlayıb.
Teleqraf.com-un məlumatından görə, hücum maşının Fransa bankının binasından çıxmasından sonra baş verib.
Hadisə yerindən uzaqlaşan qarətçilərin avtomobili Lionun cənubunda yanmış vəziyyətdə tapılıb.
Oğurlanan pulun dəqiq məbləği açıqlanmayıb.