Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Badamdar qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Anarə Məmmədovanın evindən 30 min manat oğurlanıb. Ev sahibi ərizə ilə Səbail rayon Polis İdarəsinə müraciət edərək evindən oğurluq edən şəxsin kimliyi ilə bağlı şikayət edib. O, qeyd edib ki, avqustun 27-dən sentyabrın 1-dək olan müddətdə evində xidmətçilik edən Sevda adlı qadın seyfi öz açarı ilə açaraq 30 min manat oğurlayıb.
Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub.
Hacı Zeynalov