Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Əli Muradov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, Əli Muradov tanışı Rəhim Quliyev tərəfindən bıçaqlanıb.
17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rahim Quliyev tutulub.
Hacı Zeynalov