Sumqayıtda bıçaqlama hadisəsi baş verib. İnsident şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, 29 yaşlı İsmayıl Həsənovla dayısı 60 yaşlı Xəqani Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı X. Məmmədov bacısı oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs reanimasiya şöbəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub.
Hadisəni törədən X. Məmmədov saxlanılıb. İlkin ehtimala görə, hadisə pul üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.