Bakının Suraxanı rayonunda kütləvi dava olub.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonunu Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində toy mərasimlərindən birində iştirak edən Elxan Zahirov Laçın Əmirovla mübahisə edib. Qəsəbə sakinlərinin mübahəsi sonradan davaya keçib.
Dava zamanı Laçın Əmirov Elxan Zahirovu bıçaqlayıb. Atasının bıçaqlandığını görən Rəsul köməyə gəlib. Bu zaman Rəsul özündə bıçaqla Laçın Əmirovu vurub. Həmin vaxt yerə yıxılan Rəsul özünə də xəsarət yetirib. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov