Bakıda 27 yaşlı gənc vurulub.
Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə oktyabrın 17-i saat 13:00 radələrində Suraxanı rayonu Əmircan qəsəbəsi, Balandin küçəsində baş verib.
Qəsəbə sakini 1974-cü il təvəllüdlü Vüqar Ramazanov idarə etdiyi «Nissan» markalı avtomobillə Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Tərlan Paşazadəni vurub və o, hadisə yerində ölüb.