19 Oktyabr 2014 04:29
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlü Qaflanov Şaiq Səbətulla oğluna məxsus “Mitsubishi” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və vəfat edib.

Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:40-da başa çatıb.


Müəllif:

Oxşar xəbərlər