Rusiyada tanınmış professor Oleq Soklov tələbəsi və sevgilisi Anastasiya Yeşçenkonu öldürdüyü üçün 12 il 6 ay müddətinə həbs edilib.
Teleqraf.com xatırladır ki, Oleq Sokolov 24 yaşlı Anastasiyanı öldürməsi və qanunsuz silah saxladığı səbəbilə Peterburq məhkəməsində ittiham olunub.
Məlumat üçün bildirək ki, Sokolov 2019-cu ildə sevgilisi Yeşçenkonu əvvəl öldürüb, daha sonra cəsədini hissələrə bölüb və çaya atıb. Professor ona qarşı irəli sürülən ittihamları qəbul edib.
Sanktpeterburq Dövlət Universitetinin tarix fakultəsinin professoru olan Skolov dünyada Napaleon Bonapartın araşdırmaçısı kimi tanınır və Fransanın “Legion” mükafatına layiq görülüb.