17 Yanvar 2021 11:51
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerikdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən orta məktəbdə müəllimi işləmiş Şəfahət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Şəfahət Məmmədov 2003-cü ilə anadan olan Fəridə Babayeva (ad və soyad şərti verilib – red.) ilə 2018-ci ilin yay aylarında, sonuncunun Kirəvud kənd ümumi orta məktəbinin 9-cu sinfini bitirdikdən sonrakı dövrdə cinsi ehtirasını təmin etmək məqsədi ilə yaşadığı Kirəvud kəndinin yaxınlığındakı meşə sahəsində və yaşadığı evin yaxınlığında yerləşən, həmkəndlisi Kinəvəs adlı qadının yaşayışı olmayan köhnə evində ona qarşı zor tətbiq etmədən və razılığı ilə onunla təbii yolla cinsi əlaqəyə girib.

Şəfahət Məmmədov Fəridə Babayeva ilə mütəmadi təbii yolla cinsi əlaqəyə girdiyinə görə sonuncu hamilə qalıb.

İstintaq orqanı tərəfindən Şəfahət Məmmədovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham elan olunub.

Lerik rayon Məhkəməsinin hökmü ilə Şəfahət Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya protesti verilib. Prokuror Şəfahət Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin Şəfahət Məmmədovun müdafiəçisi də apelyasiya şikayəti verib və müdafiə etdiyi şəxsin gühahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərarı ilə apelyasiya protesti və apelyasiya şikayətlərinin baxılmasına xitam verilib, Lerik rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ləğv edilərək cinayət işi birinci instansiya məhkəməsinin məhkəmə hazırlıq iclası mərhələsinə qaytarılıb.

Cinayət işi Lerik rayon Məhkəməsində hakim Atabəy Kiçibəyovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasında hakim özü-özünə etiraz verib.

Hakim etirazında göstərib ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən Şəfahət Məmmədovun barəsində olan cinayət işi onun icraatında olub: “Həmin cinayət işinin məhkəmə hazırlıq iclası 15 iyul 2020- ci il tarixdə keçirilib və 30 iyul 2020-ci il tarixdə sədrliyim ilə həmin cinayət işinə məhkəmə baxış iclasında baxılaraq Məmmədov Şəfahət Ağamməd oğlu Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində ittiham hökmü çıxarılıb”.

Hakimin eirazına Şirvan Apelyasiya Məhkəməsində baxılıb belə nəticəyə gəlinub: “Təqsirləndirilən şəxs Məmmədov Şəfahət Ağamməd oğlunun Cinayət Məcəlləsinin 152.1-ci maddəsi olan cinayət işinə təkrar Lerik rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun sədrliyi ilə baxılması düzgün deyil. Çünki hakim həmin cinayət işində fikrini bidirib, ittiham hökmü çıxarıb. Hakimin təkrar həmin cinayət işinə baxması ədalət mühakiməsinin obyektivliyinə xələl gətirə bilər”.

Qərarda qeyd olunub ki, hakim Atabəy Kiçibəyovun etirazı təmin olunub və cinayət işinə baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Şəfahət Məmmədov orta məktəbdə müəllim işləyib. Zərərçəkən isə həmin məktəbdə şagird olub.

Zərərçəkmiş 15 yaşında olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər