Tovuz rayonunda yolun kənarında tapılan qadının ölümünün səbəbləri məlum olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də Zöhrə Niftəliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin Xatınlı kənd sakini İlham Əhmədovun idarə etdiyi at arabası ilə törətməsi müəyyən edilib.
Qeyd edək ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Qaraxanlı kənd sakini Zöhrə Niftalıyeva vurulub. O, hadisə yerində ölüb. Qadını vuran sürücü hadisə yerindən qaçıb.
Hacı Zeynalov