27 Oktyabr 2014 09:37
2 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Associated Press”in yaydığı xəbərdə deyilir ki, Gündüz vilayət məhkəməsi bazar günü çıxardığı hökmlə 10 yaşlı qızı zorlayan mollanı müqəssir bilib və ona 20 il iş kəsib. Bu hökm zorlanmış qızın ailəsi tərəfindən razılıqla qarşılanıb. Əfqanıstanda qadın haqları uğrunda mübarizə aparan təşkilatlarsa bunu toy-bayram kimi qarşılayıblar.

Çünki Əfqanıstanda bu kimi hallarda əsasən qadınların hüququ pozulur və zorlanmış qadınların şikayətlərinə məhəl verilmir.

Zorlama hadisəsinin baş verdiyi Gündüz vilayətində qadınlar üçün ayrılmış qaçqın düşərgəsində yaşayan Hassina Sərvəri deyib ki, yerli məhkəmənin çıxardığı hökm hələ Kabildə da təsdiqlənməlidir. “Əgər Kabildə məhkəmənin hökmü təsdiqlənməsə, Gündüzdə çıxarılmış hökm qüvvədən düşmüş sayılacaq və molla cəzasız qalacaq. Mən zorlanmış qızcığazı,- onun adı Berşinadır, - xəstəxanada görəndə o, çox pis vəziyyətdə idi. Biz tələb etdik ki, onu müalicə üçün Kabula göndərsinlər ” - Sərvəri deyir.

Gündüz vilayətinin polis idarəsinin sözçüsü Səyad Sərvər isə agentliyə deyib ki, o və onun həmkarları bu hadisədən xəbər tutanda şok keçiriblər. Və dərhal mollanı həbs ediblər.

Cənab Sərvəri deyib ki, molla kənd məscidini təmizləmək üçün qaçqın düşərgəsindən üç qız seçib. Üç qızdan ikisi mollanın əsil niyyətini başa düşən kimi məsciddən qaçıb. Bersina da qaçmağa cəhd edib. Amma molla onu tutaraq məscidə aparıb və orada onu zorlayıb. Axırda isə qızcığazı qorxudub ki, əgər kimsəyə bir söz desən səni də, sənin ailəni də öldürəcəm. Ancaq qız o qədər dəhşətli vəziyyətdə olub ki, bu cinayəti gizlətmək mümkün olmayıb.

Qeyd edək ki, Əfqanıstandan gələn xəbərlər arasında bu səpkili məlumatlar çox olur. Xüsusən azyaşlı qızların zorlanması halları bu ölkədə geniş yayılıb.

musavat.com


Müəllif:

Oxşar xəbərlər