28 Oktyabr 2014 15:51
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alverində təqsirli bilinən Naxcıvan Muxtar Respublikasının Kəngərli rayonunda anadan olmuş Vilayət Seyidovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vilayət Seyidov Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. Onun üzərindən 530 qram heroin və 1160 qram tiryək götürülüb.

Vilayət Seyidov üzərində aşkar olunan narkotik vasitəni bu ilin fevral ayında tanımadığı şəxsdən satış məqsədilə əldə edib. İstintaqa ifadə verən Vilayət Seyidov üzərində aşkar olunan narkotik vasitəni bu ilin fevral ayında Abşeron rayonunun ərazisində tanımadığı şəxsdən aldığını bildirib. O əldə etdiyi heroin və tiryəki yaşadığı Binə qəsəbəsinə gətirərək bir müddət orada evində gizlədib.

Vilayət Seyidov narkotikləri Nərimanov rayonunun ərazisində müştəriyə satmaq istəyərkən ifşa olunub. 2014-cü il may ayının 13-də isə Vilayət evində saxladığı yarım kioqramdan artıq heroini və tiryəki Nərimanov rayonuna gətirərək burada satmaq istəyib. Ağa Neymətulla kücəsində xidmət aparan polis əməkdaşları Vilayətin özünü şübhəli apardığını görərək ona yaxşınlaşıblar. Üzərinə baxış keçirilərkən külli miqdarda heroin və tiryək aşkar edilərək götürülüb.

Məlum olub ki, Vilayət Seyidov bundan öncə də narkotik alveri ilə məşğul olduğu üçün 7 il həbsxana həyatı yaşayıb. Həbsxanadan çıxdıqdan sonra yenidən qara ölümün alverinə girişən Vilayət Seyidov üzərində aşkar olunan heroin və tiryəki tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığı üzə çıxıb.

Vilayət Seyidov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və satma) maddəsi ilə ittiham edilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vilayət Seyidov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər