6 Aprel 2021 21:27
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan profilaktik tədbirlərə baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinməkdədir.

Teleqraf.com xəbər verir ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında,yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı X.Səfərov və daha 4 müştəri polislər tərəfindən saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.


Müəllif: Teleqraf.com