19 May 2021 01:36
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda döyülmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.

Kənd sakinləri, 1996-cı il təvəllüdlü Cəbransarı Əziz oğlu Fərmanov və onun qardaşı, 1992-ci il təvəllüdlü Sakit kənd ərazisində döyülüb.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com