3 Noyabr 2014 11:02
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda mağazadan oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Q.Qarayev prospektində Bakı şəhər sakini Bəhram Nəsibliyə məxsus mağazadan qapını sındırmaq yolu ilə 4 ədəd mobil telefon oğurlanıb.

25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Məmmədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 30-da Məhəbbət Rzayevin cibindən 280 manat və Bakı şəhər sakini Yura Taralovla birgə Sərxan Sabirova məxsus mağazadan 60 manat və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Yura Taralov tutulub.

Hacı Zeynalov


Müəllif: