3 Noyabr 2014 11:26
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Roman Mərdanov özünü yaşadığı evin həyətində asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Onun intihar etməsinin səbəbləri məlum deyil. Roman Mərdanov Penitensiar Xidmətin Müalicə Müəssisəsində nəzarətçi işləyirmiş.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər