3 Noyabr 2014 13:13
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Taleh Abdullayev tutulub.

Taleh Abdullayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə axtarışda olub.

Hacı Zeynalov


Müəllif: