3 Noyabr 2014 16:50
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokurorluq Abşeron rayonunda odlu silahla törədilən qətllə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, noyabrın 1-də saat 04 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Şükürov Fəqani Adil oğlunun tanımadığı şəxsi öz evinin qarşısında tüfənglə atəş açaraq öldürülüb. O, rayon Polis Şöbəsinə gələrək könüllü surətdə təslim olub və cinayətin aləti olan tüfəngi təhvil verib.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal Fəqani Şükürovun yaşadığı ünvana gələrək hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib, oradan istintaq üçün əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Fəqani Şükürov qeyd edilən tarixdə saat 01 radələrində, yaşadığı evdə olarkən küçədən söyüş səsləri eşitdiyindən bayıra çıxaraq orada olan 5-6 nəfər tanımadığı şəxslərə irad tutduqda aralarında mübahisə yaranıb.

Bundan sonra Fəqani Şükürov həmin şəxsləri qorxutmaq məqsədilə özünə məxsus təklüləli ov tüfəngini evindən götürərək küçəyə çıxıb sakit olmalarını tələb etdikdə, həmin şəxslərdən Qurbanov Kamal Rafiq oğlu tüfəngi onun əlindən almaq istərkən atəş açılması nəticəsində döş nahiyəsindən xəsarət alıb.

Fəqani Şükürov Kamal Qurbanovu özünə məxsus “NİVA” markalı avtomobillə xəstəxanaya aparakən sonuncu aldığı xəsarətlərdən yolda ölüb.

Fəqani Şükürov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər