5 Noyabr 2014 12:02
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda oğurluq edən yeniyetmə tutulub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü F.İsmayılzadə tutulub.

Onun noyabrın 4-də saat 20:00 radələrində, Bakı şəhər Q.Qarayev prospektində yerləşən mağazadan spirtli içki oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: