28 İyul 2021 00:27
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Cerkassı küçəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Quliyev Nurəddin Fəxrəddin oğlu aralarında düşən mübahisə zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

40 yaşlı kişi aldığı bıçaq zərbələrindən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

N.Quliyevi öldürən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com