31 İyul 2021 18:47
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Masallı rayonunun Hişkədərə kənd sakini T.Əliyev saxlanılıb. Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 3 kiloqramdan artıq olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com