8 Noyabr 2014 07:46
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qəza baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə "İnşaatçılar" metrosunun yaxınlığında qeydə alınıb. Şərifzadə küçəsi ilə hərəkətdə olan Elşən Haqverdiyevin idarə etdiyi "Merсedes" markalı avtomobil işıq dirəyinə çırpılıb.

Sürət yüksək olduğundan avtomobil yolun əks istiqamətinə düşüb. Baş verən qəzada xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə gələn polislər sürücünün izahatı alınması üçün onu polis idarəsinə aparıblar.

Faktla Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır


Müəllif: