Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1996-cı il təvəllüdlü Əmrahov Elnur Elman oğlu çoxsaylı bıçaq xəsarətləri alıb.
Yaralı ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb və əməliyyat edilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.