Quba rayonunda iki əmioğlunun mübahisəsi qanlı cinayətlə nəticələnib.
Bu barədə Teleqraf.com-a Quba rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb. kənd sakini, 1983-cü il təvəllüdlü Amil Hacıyev əmisi oğlu Anar Hacıyevi bıçaqlayıb. Anar Hacıyev Quba rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim müayinəsi altında saxlanılan Anar Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.
Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Amil Hacıyev tutulub. İstintaqa ifadə verən Amil Hacıyev törətdiyi əməli etiraf edib.
O, bildirib ki, əmisi oğlu ilə torpaq mübahisəsi üstündə mübahisə düşüb. Onun sözlərinə görə, Anar Hacıyevlə torpaq bölgüsü üstündə mübahisələri yaranıb. O, qeyd edib ki, mübahisə sonda qanlı cinayətlə nəticələnib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov