12 Noyabr 2014 10:56
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə naziri Fikrət Məmmədov Quba rayonunda vətəndaşlarla görüş keçirəcək.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, noyabrın 14-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Xaçmaz regional ədliyyə şöbəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 17; əlaqə telefonu: (02332) 5-18-88, (070) 302-36-66), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Quba rayonu Heydər Əliyev Mərkəzində qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər