6 Oktyabr 2021 09:25
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Salyan rayonlararası Psixiatriya Xəstəxanasının sabiq baş həkimi vəzifəsini icra edən Yaşar Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nizami Quliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Səhiyyə Nazirliyinin Salyan rayonlararası Psixiatriya Xəstəxanasınının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin müdiri Yaşar Kərimovun əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Sahib Məmmədovdan müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi almasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Yaşar Kərimovun barəsində Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov