12 Noyabr 2014 13:52
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi törədən həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Roman Məmmədov tutulub.

Roman Məmmədov noyabrın 3-də Şaiq Cəlilova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər