13 Noyabr 2014 11:01
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində iki qohumun davası cinayətlə nəticələnib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Gülüstan qəsəbəsində qeydə alınıb. Əslən Kəlbəcər rayonundan olan Tünzalə Məmmədova qohumu Rəfail Bayramovla mübahisə edib. Mübahisə zamanı Rəfail Bayramov Tünzalə Məmmədovanı döyüb.

Tünzalə Məmmədova Gəncə şəhər Təcili Tibb Yardım Xəstəxanasına gətirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər