13 Noyabr 2014 11:31
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda cibgirliklə məşğul olan əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvəllər məhkum olunmuşlar - 1952-ci il təvəllüdlü Məleykə Şamilova, 1973-cü il təvəllüdlü Natəvan Şamilova, 1970-ci il təvəllüdlü Mətanət Şamilova və 1994-cü il təvəllüdlü Məcid Şamilov tutulub.

Şübhəli şəxs Məcid Şamilovun üzərinə baxış zamanı 4,15 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: