13 Noyabr 2014 12:08
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində sələmə pul verən qadını xüsusi amansızlıqla qətlə yetirənlər həbs edilib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Gəncə şəhər Baş Polis İdarəsi, Gəncə şəhər Prokurorluğu və Kəpəz rayon Polis İdarəsinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 47 yaşlı Pərvanə İsmayılovanı qətlə yetirənlər müəyyən edilib.

Keçirilən əməliyyat nəticəsində qadını qətlə yetirən Gəncə şəhər sakinləri - 27 yaşlı Rüstəm Hüseynov və 26 yaşlı Müşviq Cəlilov tutulub. Rüstəm Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb. Hər iki şəxs öldürülən qadının qonşusu olub.

Qeyd edək ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb. Pərvanə İsmayılova Gəncə şəhərində və ətraf rayonlarda sələmə pul verən qadın kimi tanınıb.

Faktla Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər