13 Noyabr 2014 12:57
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Dostluq küçəsi 1 ünvanında qeydə alınıb. 1992-ci il təvəllüdlü Bahadur Baxşəliyev və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Aytən Baxşəliyeva zəhərli maddə içərək intihara cəhd ediblər. Ər-arvad zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilibər. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: