11 Noyabr 2021 17:31
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi keçirlib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Aqil Hümmətovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Bu səbəbdən proses noyabrın 15-də keçiriləcək.

İttihama görə, Aqil Hümmətov 2021-ci ilin avqustunda həbs olunub. O, yaşadığı Zirə qəsəbəsində Yamən Məmmədovu bıçaqlamaqda təqsirli bilinir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər