16 Noyabr 2014 03:10
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada gecə saatlarında yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Digah kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib.

Nəticədə evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb


Müəllif: