26 Noyabr 2021 18:53
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı Kotanarx kənd sakini Ayaz Şahmuradov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan beş ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Keçirilmiş tədbirlərin davamı olaraq A.Şahmuradovun yaşadığı ünvana da baxış keçirilib və oradan aşkarlanmış qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları maddi sübut kimi istintaqa təvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com