7 Dekabr 2021 16:57
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda xəstənin ölümünə səbəb olmaqda təqsirləndirilən Azad Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, cinayət baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, "Füzuli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsində həkim-ümumi cərrah vəzifəsində işləmiş Azad Hüseynzadə ayrı-ayrı vaxtlarda rayonun Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyeva və Beyləqan rayonu, Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanı cərrahi əməliyyatı edib.

Cərrahi əməliyyatı zamanı etdiyi səhv nəticəsində G.Ağakişiyevanın səhhətində fəsadlar yaranıb, İ.Məmmədquliyeva isə ölüb.

İstintaq orqanı tərəfindən A.Hüseynzadənin barəsində Cinayət Məcəlləsinin 314.2 ( səhlənkarlıq-eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 311.3.2-ci (rüşvət alma- təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər