18 Noyabr 2014 12:54
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Sabunçu rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1960-ci il təvəllüdlü Hətəm Şabanov yaşadığı evdə özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: